SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
 
Lent.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu Alpənahov Dənizkənarı Milli Park ərazisində ("Park Bulvar”ın yanı) özünü dənizə ataraq intihara cəhd edib. Xilasedicilər intihara cəhd edən və onu xilas etmək istəyən daha 2 nəfəri xilas edərək dənizdən çıxarıb.
 
Bundan başqa 1997-ci ildə Sabirabadda anadan olmuş Əhmədova Rəqsanə Abbas qızı bulvar ərazisində ("Mirvari” kafesinin qarşısında) özünü dənizə ataraq intihara cəhd edib. Bulvarın mühafizəçiləri və vətəndaşlar onu sudan çıxarıblar. O ilkin ifadəsində həyatdan bezdiyini deyib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS