SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda toy məclisi qanlı sonluqla bitib.

Criminal.az saytı xəbər verir ki, toy məclisinin sonunda qonaqlar arasında dava düşüb. Hadisə ötən gecə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Badi kubə'' şadlıq sarayında baş verib.  

Şadlıq sarayının içərisində başlayan dava sonradan bayırda davam etdirilib. Qonaqlar şadlıq sarayının qarşısındakı parkda əlbəyaxa olublar. Məclis iştirakçıları onları ayırıblar. 

Dava edən şəxslərin biri qan içərisində olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, ona çəngəllə xəsarət yetiriblər. Lakin davanın hansı səbəbdən baş verməsi məlum olmayıb. Əraziyə polis əməkdaşları gəlməyib.
 
BAKU.WS