VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sentyabrın 11-də Gəncə şəhərində törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 12 yaşlı qızı Vüsalə Quliyevanın üzərinə benzin tökən və onu yandıraraq qətlə yetirən 1975-ci il təvəllüdlü Bülbül Qasımova keçirdiyi bəzi psixoloji sarsıntılardan sonra ruhi xəstə kimi qeydiyyata alınıb.

Onun yaxınlarının sözlərinə görə, V.Quliyevanın atası 1972-ci il təvəllüdlü Füzuli Quliyev bir müddətdir Rusiya Federasiyasına işləməyə gedib. Ailənin tək övladı olan qız isə anası ilə birgə yaşayıb. B.Qasımova dəfələrlə öz qızına qarşı zorakılıq edib. O, sonuncu dəfə Vüsalənin icazəsiz olaraq evdən pul götürməsinə əsəbiləşib, ardınca qızı döyərək yandırıb. Qışqırtı səsinə gələn qonşular ağır yanıq xəsarətləri alan qızı xəstəxanaya aparıblar. Lakin həkimlər tərəfindən göstərilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

B.Qasımova isə hadisə yerindən qaçıb.

Hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir və qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.