SİZİN REKLAM BURADA!
055 213 76 73


Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş vermiş partlayışda 16 nəfər xəsarət alıb.

BAKU.WS özbək KİV-lərinə istinadən xəbər verir ki, Sırdərya vilayətinin rəhbərliyi və Özbəkistanın Səhiyyə Nazirliyi bölgə ərazisində baş verən partlayışın nəticələri barədə məlumat verib.

Vilayət administrasiyasının mətbuat xidmətindən bildirilib ki, Sırdərya rayonunda Müdafiə Nazirliyinə məxsus anbarda baş vermiş partlayış nəticəsində əraziyə yaxın olan bir neçə evin və mağazanın şüşələri sınıb, tikililərin bəzi işıq konstruksiyalarına ziyan dəyib.

Hadisə nəticəsində itki olmadığı, xəsarət alanlara isə ilkin tibbi yardım göstərildiyi deyilir.

*** 10:32

Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, saat 04:55-də rayonun Məlik qəsəbəsində qeydə alınan partlayış zamanı ölən və xəsarət alan olmayıb.

Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO