SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəki rayonunda toydan yasa gedən şəxslər qəzaya düşüblər.
 
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Vaqif Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil Qax rayonunun Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Qax rayonunun Turaclı kənd sakinləri  -  "Mercedes"in  sürücüsü H.Həsənov, 1976-cı il təvəllüdlü Sevgili Köçəri qızı Həsənova, 1971-ci il təvəllüdlü Səbuhi Əsəd oğlu Həsənov, 1964 - cü il təvəllüdlü Diləfruz Əsəd qızı Vəliyeva, 1958 - ci il təvəllüdlü Türkan Məhəmməd qızı Əsədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Qeyd edək ki, qəzaya düşən şəxslər Mingəçevir şəhərinə toy mərasiminə gediblər. Lakin onlara Qax rayonunun Turaclı kəndində yaşayan qohumlarının - Həsən Həsənov, Diləfruz Həsənova və Səbuhi Həsənovun anasının ölüm xəbəri verilib. Onlar da Qax rayonuna qayıdarkən yolda qəzaya düşüblər.
 
BAKU.WS