SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhərində təşkil olunan toy mərasimindən qayıdan ailə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində qəzaya düşüb.

EL TV xəbər verir ki, Bakı şəhər sakini Məmməd Məmmədovun idarə etdiyi "NİSSAN” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomaşın aşıb. Qəza zamanı avtomobildə olan sürücünün həyat yoldaşı Elmira Məmmədova və sürücünün bacısı hadisə yerindəcə dünyalarını dəyişiblər. Minik maşınında olan digər iki nəfər isə bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sentyabrın 20-də Bakıda Məmməd və Elmira Məmmədovların oğlunun toy mərasimi olacaqdı.
 
BAKU.WS