VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 5-də Bakının Binəqədi rayonu ərazisindəki "Şahənşah” şadlıq sarayında keçirilən toy mərasimində xoşagəlməz hadisə yaşanıb. Bəyin 54 yaşlı atası Tamerlan adlı şəxs qəfil infarkt keçirib.
 
BAKU.WS xəbər verir ki, baş vermiş qanqaraçılığa görə, toy dayandırılaraq restorana Təcili Tibbi Yardım çağırılıb. Hadisə saat 23 radələrində baş verib. Bəy atası xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qonşuların dediyinə görə, 3 uşaq atası olan Tamerlanın əvvəllər səhhətində heç bir problem olmayıb. O, iki qızını əvvəl köçürüb. Bu dəfə isə oğluna toy edən atanın toyun ortasındaca ürəyi partlayıb.  
 
Azər Məmmədov
BAKU.WS