VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya prezidenti Vladimir Putinin avtomobili qəzaya düşüb. 
 
BAKU.WS-in məlumatına görə, Putini vaxtaşırı daşıyan BMW markalı avtomobil Moskvanın mərkəzində qəzaya düşüb. Bu barədə "The Daily Mail" nəşri xəbər verir.

Qəza Rusiyanın paytaxtında, Kutuzov prospektində baş verib. Sürücü yüksək sürətlə hərəkət edərkən idarə etməni itirib qarşı istiqamətdən gələn avtomobillə toqquşub. 

Avtomobildə təhlükəsizlik sistemlərinin olmasına baxmayaraq sürücü faciədən sovuşmağı bacarmayıb. Rusiya prezidentinin sürücüsü hadisə yerində həlak olub. Hər iki avtomobilin sürətinin çox yüksək olması qəzanın fəsadlarını artırıb. Digər avtomobil sürücüsünün və sərnişinlərin taleyi haqqında hələ ki heç bir məlumat yoxdur. 

Kutuzov prospektində baş verən qəza müşahidə kameralarının obyektivinə düşüb. 
 
Qeyd edək ki, qəza baş verən gün Putin Çində səfərdə olub.
 
Nazim Babayev
BAKU.WS