SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda məşhur süd məhsulları istehsal edən müəssisədə faciə baş verib.

BAKU.WS "lent.az"-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən “İvanovka” süd məhsulları müəssisəsində qeydə alınıb.

Orada işləyən Bakı şəhər sakini, 40 yaşlı Roza Məmmədovanın sol əli mikser aparatında qalıb. Nəticədə çoxlu qan itirən qadın təcili xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS