VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi şəhidi, baş gizir Ramil Quliyevin anası dünyasını dəyişib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Yazxanım Quliyeva yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində vəfat edib. Onun xəstəlik səbəbindən öldüyü məlum olub.

Qeyd edək ki, Ramil Nuralı oğlu Quliyev 1981-ci ildə Kürdəmirdə anadan olub. 2020-ci ilin sentyabrın 30-u Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. Xidmət vaxtı və ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

BAKU.WS