SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb.

Bu barədə BAKU.WSDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

BAKU.WS