Bu gecə Rusiyanın Volqoqrad şəhərində qafqazlılar arasında kütləvi dava olub.

BAKU.WS
-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dava Kiyevski rayonunda yerləşən "Bariton" barında olub.

Dava barın sahibi, milliyyətcə erməni olan 34 yaşlı kişi ilə 24 yaşlı azərbaycanlı gənc arasında yaranıb. Dava zamanı bar sahibi ov silahı ilə oğlanı yaralayıb. Davaya gəncin dostları da qoşulublar. Bu zaman bar sahibinin adamları da onlarla əlbəyaxa olublar.

Boyun nahiyyəsindən yaralanan gənci dostları xəstəxanaya aparıblar. Lakin barın sahibi öz adamalarını ətrafına yığaraq azərbaycanlıların olduğu maşını təqib etməyə başlayıblar. Gəncin yaralı olduğu maşını 4 avtomobil təqib edib. Xəstəxanaya aparılarkən yaralı gənc yolda dünyasını dəyişib.

Hadisə yerinə gələn polis barın sahibini və onunla birlikdə bir neçə ermənini saxlayıb. Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyində cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS