SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lənkəranda narkotik tərkibli çətənə bitkisini qanunsuz olaraq əkib-becərən şəxs saxlanılıb.

CTV (Region TV) xəbər verir ki, Girdəni kənd sakini 26 yaşlı Etiram Ehtiman oğlu Nəcəfov yaşadığı evin həyətyanı torpaq sahəsində qarğıdalı kollarının arasında bir ədəd narkotik tərkibli çətənə bitkisini qanunsuz əkərərək, kultivasiya etməklə yetişdirib.

Daha sonra Etiram Nəcəfov satış məqsədilə çətənə kolunu toplayaraq qurudub. Qurudulmuş ümumi çəkisi 1960 qram olan marixuananı o, evində düyü kisələrinin içərisində gizlədib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Etiram Nəcəfovun evinə baxış keçirilib və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
 
Nizami Məhərrəmov - Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi hadisə bağlı açıqlama verib: "İstintaq zamanı müəyyən olunmuşdur ki, Etiram Nəcəfov külli miqdar hesab edilən qurudulmuş marixuananı satış məqsədilə əldə edib evində saxlamışdır. Onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.”
 
BAKU.WS