055 213 76 73
İstanbul Qaziosmanpaşada aparılan yoxlamalar zamanı 120 qeyri-qanuni miqrant saxlanılıb.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı mikroavtobusla Türkiyəyə qeyri-qanuni yollarla daxil olduqları aşkarlanan əcnəbi vətəndaşlar Qara dəniz məhəlləsindəki küçələrdən birində tutulub.
Rayon ərazisində qeyri-qanuni miqrantlarla bağlı aparılan yoxlamalar zamanı 33 Əfqanıstan, 21 Pakistan, 61 Suriya, 3 Banqladeş, 1 Anqola və 1 Azərbaycan vətəndaşı olmaqla 120 qeyri-qanuni miqrant aşkar olunub.
BAKU.WS