SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, şəhid anasının halı ötən gün pisləşib. O, xəstəxanaya aparılsa da, Şəmkirin Qaracəmirli kəndində dünyasını dəyişib.

BAKU.WS