SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri, Suraxanı rayonunda "Qazel” markalı yük avtomobili "Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.
 
Şahin Həbibov
BAKU.WS