SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beyləqanda toyda kütləvi zəhərlənmə baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən "Xudafərin" şadlıq sarayında keçirilən toy mərasiminə gələn qonaqlar arasından 80 nəfərə yaxın şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb.
 
Beyləqan MRX-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, müraciət edənlərdən müəyyən nümunələr götürülərək paytaxta labarotor müayinəyə göndərilib.
 
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərin vəziyyəti hazırda normaldır və həyatyi təhlükələri yoxdur.
 
BAKU.WS