SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı metrosunda baş verən texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

“Hazırda intervalların tənzimlənməsi prosesi gedir. Əksər marşrutlar üzrə intervallar normallaşdırılıb”, - deyə qurum rəsmisi vurğulayıb.

***20:37

Bakı metrosunda qatarların hərəkətində böyük yubanmalar baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, “Gənclik”, “Nərimanov” “İnşaatçılar”, “28 may” stansiyalarında qatarlar gecikmə ilə hərəkət ediblər. Hətta qatarlardan biri tuneldə 5-6 dəqiqə dayanıb.

Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, qurğuda yaranmış nasazlıq qatarların intervalında gecikməyə səbəb olub.

“Texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb”, - deyə Bəxtiyar Məmmədov bildirib.

BAKU.WS
VİDEO

QALEREYA