Beyinə qan sızan Özbəkistan prezidenti İslam Kərimovun vəziyyətinin kritik olduğu bildirilir.
 
BAKU.WS-in məlumatına görə, Özbəkistan hökumətindən bildirilib ki, xəstəxanada həkim nəzarətində saxlanılan Kərimovun sağlamlıq vəziyyəti ürəkaçan deyil.
 
"Dərin bir kədər ilə ifadə etmək istəyərik ki, Kərimovun sağlamlıq vəziyyəti pisləşdi. Həkimlərin fikrinə görə, prezidentin sağlamlıq vəziyyəti kritik olaraq qiymətləndirilir".
 
İ.Kərimovun doğulduğu Səmərqənddə canlanma müşahidə olunur. Sosial şəbəkələrdə yayılan məlumata görə, bəzi hökumət üzvləri artıq bu şəhərə gəlib. Şəhər mərkəzindəki prospekt və küçələrdə təmizlik və tənzimləmə işlərinin edildiyi də idda olunur.
 
İslam Kərimov Özbəkistanın tarixi Səmərqənd şəhərində 30 yanvar 1938-ci ildə doğulub və 1989-ci ildən bu yana ölkəni idarə edir. 
 
Şahin Həbibov
BAKU.WS