SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Xəzər rayonunda intihar hadisəsi baş verib. Xəzər Tibb Mərkəzində müalicə alan 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb.

BAKU.WS xəbər verir ki, oxu.az hadisə ilə bağlı bir sıra məlumatları öyrənib.

Xəzər Tibb Mərkəzindən mərhumun psixoloji xəstəlikdən əziyyət çəkmədiyi bildirilib:

“K.Gülverdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Sentyabr ayının 9-u xəstəxanaya yerləşdirilib. Tam olaraq hansı diaqnozdan xəstəxanaya yerləşdirildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Kiminlə telefonla danışması, yazışması araşdırılır”.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz qalıb.

Qeyd edək ki, özünü beşinci mərtəbədən atan Könül İslam qızı Gülverdiyeva aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

*** 13:02

Bakıda Tibb Mərkəzində intihar hadisəsi baş verib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda yerləşən Xəzər Tibb Mərkəzində qeydə alınıb.

Orada müalicə alan, 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS