SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq".

***12:20

Avqustun 30-u saat 10:00 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğunun məlumatında deyilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

***11:11

Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub.

Bu barədə BAKU.WS-ə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - mətbuat xidmətindən bildirilib.

BAKU.WS