VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. 
 
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın Nizami rayonu tikinti şirkəti tərəfindən inşa olunan tikintisi başa çatmamış yaşayş binasının ərazisində qeydə alınıb.
 
Ümumi sahəsi 25 kv.m olan fəhlələrin soyunub-geyinmə otağının yanar konstruksiyaları yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın saat 08:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
BAKU.WS