SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə özəl klinikada dəhşətli hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, İstanbulda bir xəstəxanaya erkən doğum riski ilə xəstəxanaya gətirilən G.S. (29) adlı qadın doğumun təxirə salınması üçün dərmanla müalicə olunub. Xəstəxanada 2 gün keçirən S. gecə saatlarında ağrılarının artdığını və doğumun başlayacağını deyib. Ancaq iddiaya görə S.-in bu tələbinə həkimlər tərəfindən əhəmiyyət verilməyib. Gənc qadına ağrılarını azaltmaq məqsədiylə ağrı kəsici verilib.

Dərmanı qəbul etdikdən sonra ağrıları gedərək şiddətlənən G.S. bir neçə saat sonra tualetə getmək üçün yatağından qalxıb. Bu anda doğum başlayıb. G.S. o anları belə şərh edib: "Gecə saat 01:30 idi. Axşamdan bəri artan ağrılarım səbəbiylə ağrı kəsici dərmanı qəbul etmək məcburiyyətində qaldım. Sancının daha da artdığını görüb tualetə getdim. Qapını açarkən uşağın başı əlimə gəldi. Həyat yoldaşım həyəcanlandı, körpəni tutmağa çalışdım lakin əlimdən sürüşərək yerə düşdü. Xəstəxana işçilərindən heç kim yanımızda yox idi. Uşağımı yerdən də elə özüm götürdüm. Kordonu da özü qopdu". 

Erkən doğum edəcəyini bildiyini, ancaq otaqda doğumu özünün həyata keçərəcəyini ağlının ucundan belə keçmədiyini deyən qadın 1 kilo 340 qram çəkisində qız uşağı dünyaya gətirib. Qızının təxminən 3 həftə küvözdə qalacağını deyən G.S. körpənin doğum əsnasında həddindən artıq dərəcədə qan itirdiyini bildirib. 

Talehsiz ana xəstəxana barəsində polisə şikayət edib. Faktla bağlı İstanbul polisi araşdırma aparır. 
 
Şahin Həbibov
BAKU.WS