SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəlilabadda II qrup əlil - müharibə iştirakçısı bıçaqlanıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə rayonun Qurtuluş küçəsində baş verib. 21 yaşlı Məhəmmədəli Kərimliyə qonşusu Səid Əliyev tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.
 
Zərərçəkənin sözlərinə görə, Səid Əliyev onun yaşadığı evə gələrək onu bayıra çağırıb. Tərəflər mübahisə etdikdən sonra Səid üzərindəki bıçaqla Məhəmmədəliyə 7 bıçaq zərbəsi yetirib. Yaralı şəxs qonşuları tərəfindən xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Zərərçəkənin atası Süleyman Kərimov hadisəni törədən Səid Əliyevin artıq polis tərəfindən saxlanıldığını bildirib.
 
Şahin Həbibov
BAKU.WS