SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "apa"ya istinadən xəbər verir ki, rayonun Qalacıq kəndi ərazisində hərəkətdə olan "Shacman" markalı yük maşını qarşı tərəfdən gələn 06-BC-586 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. Yük maşınının altında qalan minik avtomobilinin sürücüsü Əsədov Hafiz Sabir oğlu hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS
QALEREYA