VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb. 

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat Şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.