SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Salyan rayonunun hüquq-mühafizə orqanalrının həyata keçirdikləri operativ istintaq-əməliyyat tədbirləri nəticəsində, 3 gün əvvəl yaşadığı evdə meyiti tapılan qadının atası - 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunaraq saxlanılıb.
 
BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, onun qızını şəxsi münasibətlər zəmnində iplə boğaraq qətlə yetirdiyi məlum olub.

Xatırladaq ki, avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsindəki evlərdən birində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının həmin evdə meyiti tapılmışdı.

Meyitin ilkin müayinəsi zamanı boğazında stranqulyasiya şırımı aşkar olunmuşdu.
 
BAKU.WS