VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiyada bakirəliyini satmaq istərkən zorlanan 20 yaşlı azərbaycanlı qız yenidən vətəninə qayıtmaq istəyir. 


BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi  məlumata görə, Kristina hazırda Perm vilayətinin Bereznikov  xəstəxanasında müalicə alır. 20 yaşlı qız özünü artıq yaxşı hissə edir və Bakıya qayıtmağa qərar verib. Onun son ümidi Rusiyadakı Azərbaycan konsulluğudur.  Ancaq Rusiya İstintaq Komitəsi qızın məhkəmə prosesi başa çatanadək Rusiyada qalmasını tövsiyyə edib. Qızın hazırda dövlət hesabını müalicə olunduğunu ancaq xəstəxanadan çıxdıqdan sonra bir qəpiksiz qalacağı deyilir. 


Xatırladaq ki, 20 yaşlı Kristina Bakıdan Rusiyaya bakirəliyini satmaq üçün gedibmiş. O, milyon rublluq müqavilə imzalayaraq bakirəliyini satışa çıxarmağı planlaşdırırmış.  Bereznikidə yaşayan ictimai təşkilatlardan birinin üzvü olan kişi qızla 14 min dollarlıq müqavilə imzalamağa razılaşıb. Ancaq sonradan qızla görüşən kişi müqavilədə göstərilmiş məbləği ödəməkdən imtina edərək qızı zorlayıb. Kristina saxlanıldığı evin pəncərəsindən döşək ağlarını bir-birinə bağlayaraq qaçıb. 

 

Azad Əliyev

BAKU.WS