SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.

BAKU.WS Report-a istinadla xəbər verir ki, qanunvericiliyə əsasən, Tahir Əliyev şəhid statusu alacaq.

***14:35

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.

BAKU.WS Report-a istinadla xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

BAKU.WS