SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 4-də saat 14:00 radələrində Hövsan şosesində (Qum Adası) 132 nömrəli müntəzəm marşrut xətti üzrə (10-TG-079 DQN-lı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Xəbərə görə, daşıyıcı şirkət “Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur.

BNA-nın məlumatında o da qeyd olunub ki, son vaxtlar bu cür yol nəqliyyat hadisələrinin tez-tez baş verməsi müntəzəm sərnişindaşımaların təşkilində də çətinliklər yaradır:

“Hər bir hadisədən sonra avtobuslar uzun müddətli təmirə dayanmaqla xidmətdən kənarda qalır. Bunu nəzərə alaraq bir daha sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər, dayanacaq məntəqəsindən çıxan, yolayrıcından hərəkətə başlayan avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar”.

BAKU.WS