VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin Qaziantep vilayətində terror aktı həyata keçirilib. 

Musavat.com-un Türkiyə TV-lərinə istinadən verdiyi məlumata görə, küçədə təşkil edilən toyda həyata keçirilən terror aktı nəticəsində ölənlər və yaralananlar var. 

Reuters agentliyinin verdiyi İlkin məlumatlara görə, ölənlərin sayı 8, yaralı sayı isə 60 nəfərdir. Ölü sayının artma ehtimalı olduqca böyükdür. Çünki yaralıların sayı çoxdur və bunların arasında ağır olanlar çoxluq təşkil edir. 

Olayın şahidləri deyirlər ki, terror bir uşaq arabasına ("kolyaska") qoyulan bombanın partlaması nəticəsində baş verib. 

Türkiyə prezidentinin əmri ilə bir sıra nazirlər və yüksək rütbəli məmurlar Qaziantepə yola düşüblər. 

Bəzi ekspertlər hesab edir ki, terror olayı İŞİD terror təşkilatının əməlidir.  Onlara görə bu addımın səbəbi Türkiyənin qəfildən dəyişən Suriya siyasətidir. Məlum olduğuna görə, Türkiyə Rusiya ilə təkrar yaxınlaşandan sonra, Suriyaya yönəlik siyasətini kardinal şəkildə dəyişib və Əsədin iş başında qalması ilə, keçici də olsa, razılaşıb. Bu da heç şübhəsiz, Əsəd rejiminə qarşı savaşan İŞİD terror təşkilatını və kürd silahlılarını pis vəziyyətə qoyur. 
 
BAKU.WS