SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda güllələnən Rövşən Canıyevdən başqa killerlər bir sıra "qanuni oğru"ların ovuna çıxıblar.

Bu barədə "Rosbalt”a mövcud dairələrdəki vəziyyətə yaxından bələd olan mənbə bildirib.

Mənbənin məlumatına görə, "qanuni oğru” Rövşən Canıyevin qətli ilə kriminal müharibə sona çatmayacaq.

"Killerlər Rövşənin daxil olduğu klana aid bir qrup "qanuni oğru"nun qətlinə dair "sifariş” alıblar. Onların arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər onu da izləyirlər.

Bundan başqa Cemal Mikeladze də - hazırda Rusiyadan İtaliyaya ekstradisiyasını gözləyir,- həbsxananın astanasından çıxan kimi gülləyə tuş gələ bilər",- deyə agentliyin həmsöhbəti bildirib.
 
virtualaz