Ötən gecə İstanbulda güllələnən şəxsin Rövşən Əliyev yox, "Rövşən Lənkəranski" ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyev olduğu məlum olub.

Kriminal avtoritetin yaxın çevrəsindəki mənbə təsdiq edib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.

Ehtimal olunur ki, "Rövşən Lənkəranski” hadisə baş verən yerin yaxınlığındakı oteldə hansısa "sxodka”da iştirak edirmiş.

Məlumata görə yaxınları "Rövşən Lənkəranski”nin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər. 

Xatırladaq ki, Rövşən Lənkəranskinin İstanbulda yaşadığı çoxdan məlumdur. O, "Ded Xasan"ın qətlinə görə cavabdeh elan edilmiş və hazırda həbsdə olan "Şakro Molodoy" ləqəbli məşhur kriminal avtoritet Zaxari Kalaşov tərəfindən barəsində ölüm hökmü çıxarılmışdı.

Virtualorg.az


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ