VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS modern.az-a istinadən bildirir ki, hadisə Bərdə-Tərtər yolunda, Zümürxan kəndinin ərazisində baş verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlər Kəlbəcər rayonundan olan məcburi köçkün Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayevadır. Gənc ailənin iki azyaşlı övladı isə hazırda xəstəxanadadır. Hər iki uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb hərbi geyimli şəxsin idarə etdiyi "Mercedes" markalı avtomobil olub. Dövlət Yol Polisi əməkdaşlarının qovduğu həmin avtomobil idarəetməni itirərək, qarşı yola çıxıb, içərisində bir ailənin olduğu "VAZ 2106" markalı avtomobilə çırpılıb.

Hadisə yerinə gələn Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar. Hadisənin daha dəqiq səbəbi araşdırmalardan sonra bilinəcək.
 
BAKU.WS