SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Van şəhərində terror hadisəsi baş verib.
 
BAKU.WS-in məlumatına hörə, polis şöbəsinin yerləşdiyi binaya partlayıcı ilə dolu avtomobillə gələn terrorçular terror aktını həyata keçirib. 2 mülki vətəndaş və bir polis hadisə nəticəsində şəhid olub, 20-si polis, 73 nəfər yaralanıb. Partlayıcı dolu vasitəsini idarə edən terrorçu M.Ö. yaralı olaraq tutulub.

Hadisə yerli vaxtla saat 23:00-da qeydə alınıb. Partlayışdan dərhal sonra ərazidə silah səsləri eşidilib. Hücumdan sonra hadisə yerinə çox sayda təcili yardım maşını cəlb edilib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. 
 
Şahin Həbibov
BAKU.WS