SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
BAKU.WS