VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Cəlilabadda nəməlum 10 nəfər ailənin yaşadığı evdən Külli miqdarda pul oğurlanıb. Hadisə rayonun Göytəpə qəsəbəində Vüqar Mürsəlov küçəsində Ələsgər Ələsgərova məxsus evdə baş verib.
 
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında  nəməlum şəxs və ya şəxslər həyətdəki nərdivanı evin 2 ci mərtəbəsindəki pəncərəyə söykəyərək. Ordan evə daxil olublar.Evi axdardıqdan sonra otaqlardan birindəki sandığın arxasın sökərək içindən 9 min ABŞ dolları və 13 min manat pulu oğurlayıblar. 

Hadisənin ən maraqlı tərəfi isə oğurluğun ev sahibinin oğlu Anar Hüseyinovun yatdığı otaqdan edilməsidir.

Ailə üzvləri iddia edirlər ki, oğurluğun həyata keçirilməsi üçün evdə onlara qarşı yuxu gətirən dərmandan və ya qazdan istifadə olunub.

Maraqlıdır ki, sandıqdakı bütün pullar oğurlansa da sandıqdakı 6-7 min manatlıq dəyəri olan qızıl zinət əşyalarına toxunulmayıb. Məsələ ilə bağlı Göytəpə polis idarəsindən bildirildi ki, faktla bağlı cinayət işi açılıb Cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.
 
Rəhman Məlikov