SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün saat 13:30 radələrində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında yanğın baş verib.

BAKU.WS
-in məlumatına görə, yanğın nəticəsində bağın təxminən 15 sota yaxın ərazisində, ağac olmayan açıq və quru otluq sahəsi yanıb.

Müdafiə Nazirliyinin bağın yaxınlığında yerləşən ərazisindən başlayan yanğın hava küləkli olduğuna görə  qısa müddətdə digər ərazilərə də yayılıb. Mərkəzi Nəbatat Bağının kollektivi səfərbər edilərək yanğını söndürməyə çalışıblar. Eyni zamanda, əraziyə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının qarşısı alınıb.
 
Sözügedən hadisə nəticəsində bağın yaşıllıq zolağına heç bir zərər dəyməyib.

Ziya Səccad
BAKU.WS