SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün səhər saatlarında Dənizkənarı Milli Parkda gənc qız intihara cəhd edib. Lakin çevik davranan bulvar mühafizəçisi qızın həyatını xilas edib.

21 yaşlı Mahmud Bağırzadə qaynarinfo.az-ın  suallarını cavablandırıb:

- Mahmud, hadisə necə oldu?

- Səhər 6-7 radələri idi. Dənizdən qışqırıq səsi gəldi. Tez qaçdıq suya tərəf. Gördük ki, batır. Növbə rəisinə deyib suya atıldım.

- Dərinlik neçə metr olardı? Suya tullananda qorxmadın, batarsan?

- Üzməyi bacardığım üçün qorxmadım, həm də o anda fikirləşmək olmur. Dərinlik 3-4 metr olardı. Çünki əvvəl tullananda elə bildim ki, başım daşa dəyə bilər. Suda amma gördüm, dərindir. Tez qızın arxasına keçib saçından tutdum. Bəxtim gətirdi ki, dənizin divar hissəsində dəmir var idi tutmağa. Bir əlim dəmirdə, bir əlim isə qızın saçında idi. Xilasedici gəmi tez özünü yetirdi.

- Əvvəllər belə halla rastlaşmısan?

- Bir dəfə Beyləqanda olarkən çayda batan oğlanı xilas etmişəm. Üzgüçülüklə az da olsa məşğul olmuşam. 

- Qızın vəziyyəti necədir?

- Sudan çıxaranda özündə deyildi. Bu gün eşitdim ki, reanimasiyadan palataya köçürdürlər. 

- Heç təşəkkür edən oldu?

- Açığı, bunu təşəkkür üçün etməmişdim. Ancaq həm Bulvar İdarəsi, həm də qızın atası təşəkkürünü bildirdi.

- Evdən valideynlərinin reaksiyası necə oldu?

- Həm narahat oldular, biləndəki belə bir iş görmüşəm, sevindilər. Anamın təzyiqi qorxudan hələ də aşağı düşməyib.

7 aydır ki, Dənizkənarı Milli Parkda mühafizəçi çalışan Mahmud Bağırzadə sabahdan öz işinə davam edəcək. 
 
BAKU.WS