SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Dövlət Universitetinin tələbə yataqxanasında yanğın hadisəsi baş verib.
 
BAKU.WS-in məlumatına görə, yanğınla bağlı FHN məlumat yayıb. 

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus yataqxana binasının dəhlizinə yığılmış taxta tullantıları 15 m² sahədə və eyvana yığılmış taxta tullantıları 4 m² sahədə yanmışdır. Yanğından yataqxana binasının digər otaqlar mühafizə olunmuşdur. Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
 
Azad Əliyev  
BAKU.WS