SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə qandonduran hadisə baş verib.

81 yaşlı kişi ikinci həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb. Hətta vəziyyət o həddə çatıb ki, ahıl kişini diri-diri basdırmaq istəyiblər.

Gərənə kəndində Serbiya Cəfərova həyat yoldaşı Hidayət Cəfərovun öldüyünü deyib, dəfn olunması üçün molla çağırıb.

Kişinin ölmədiyini görən molla bunu birinci həyat yoldaşından olan övladlarına deyib. Mollanın xəbərdarlıqlarından sonra övladları hadisəyə müdaxilə edib. Atalarını xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı araşdırma başlanılıb.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO