SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda piyada zolağından istifadə etməklə yolu keçmək istəyən gənc qızı avtomobil vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə avqustun 13-də günorta saatlarında paytaxtın Xətai rayonu ərazisindəki Afiyəddin Cəlilov küçəsində baş verib.

Belə ki, gənc qadın piyadalar üçün nəzərdə tutulan zolaqdan istifadə etməklə yolu keçmək istəyərkən sürətlə gələn "Mercedes-Y" markalı 90-KM-306 dövlət nömrə nişanlı avtomobil onu vurub. Piyada aldığı zərbədən yerə yıxılıb və ayağa qalxa bilməyib.

Piyadanı vuran avtomobilin sürücüsü və yaxınlıqda olan insanlar zərərçəkmişə yardım ediblər.