VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda həyətində tapdığı mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb.
 
"Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Nazirlikdən bildirilib ki, hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib. 

Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Həyətdə olan "Tavriya” markalı avtomobil isə yanıb.

Faktla bağlı araşdırma aparılır.