SİZİN REKLAM BURADA!
055 213 76 73


2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsində təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimova hökm oxunub.

BAKU.WS xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nuroğlu ömürlük, N.Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib.

Tərəflər arasında mübahisə Nürəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər.

Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:

BAKU.WS
VİDEO