VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın Nəsimi rayonu Hüseyin Seyidzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində oğurluq faktı qeydə alınıb. 
 
BAKU.WS Region TV-ə istinadən xəbər verir ki, mənzil 16 da yaşayan Elmira Əliyeva deyir ki, 50 illik yubileyini qeyd etmək üçün bir neçə qonşu ilə yaxınlıqda yerləşən restoranlardan birinə gedib. Ancaq günün sonunda evə qayıdan Elmira xanım naməlum şəxs və ya şəxslərin sürprizi ilə qarşılaşıb: "Saat 11-12 radələrində evə qayıdanda, qapının "zamok"unu aça bilmədim. Girdik ki, arxa tərəfdən, dəmir "reşotka"nı kəsiblər, ordan giriblər. Evin altını üstünə çevirmişdilər. Bujiteriya aparıblar, bir də pul. 500 ziyan dəyib".

Maraqlı məqamlardan biri isə mənzildə olan planşet, televizor və kompüterin oğurlanmamasıdır. Elmira xanım hadisədən dərhal sonra DİN-nin 102 qaynar xəttinə məlumat verib. Mənzilə baxış keçirən polis əməkdaşları evdən barmaq izləri götürüblər.

Bina sakinləri isə analoji hadisənin sözügedən küçədə dəfələrlə baş verməsindən narahatdılar.

Artıq faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün zəruri əməliyyat tədbirləri davam etdirilir. 
 
BAKU.WS