SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, 3 bacı analarının sevgilisi tərəfindən döyülüb. Həmçinin o qeyd edib ki, artıq 1 ildir uşaqlar təhsildən yayınıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarov BAKU.WS-ə bildirdi ki, Sumqayıt şəhər Polis idarəsinin istintaq şöbəsində faktla bağlı cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. Azyaşlılara dəyən xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Ekspertiza rəyindən sonra əlavə istintaq tədbirləri keçiriləcək. Hadisəni törətməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində əlavə əməliyyat tədbirləri həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirib ki, məsələ nəzarətdədir və hazırda istintaq aparılır.

Natavan Sahib
BAKU.WS
QALEREYA