SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sürücü ilə polis əməkdaşları arasında insident yaşanıb. Hadisə ötən gün axşam saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
 
Bu barədə şahidlər Avtosfer.az saytına məlumat veriblər. Bildiriblər ki, Sülh küçəsi ilə hərəkət edən "Prado” markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Maşını idarə edən sürücünün spirtli içki qəbul etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxsə qarşı cəza tətbiq etmək istəyən zaman aralarında mübahisə yaranıb.
 
Sürücü tabesizlik nümayiş etdirdiyindən əraziyə Post Patrul Xidməti çağırılıb. Nəticədə həmin şəxs polis bölməsinə aparılıb.

Gərginlik yolda tıxacın yaranmasına səbəb olub. Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS