Oğuz rayonunda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.
 
"Report”un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qarabaldır kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Çimnaz Sədrəddin qızı Qafarova 10 min kv-luq elektrik naqilinə toxunub və o, hadisə yerində keçinib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. 
 
BAKU.WS