SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

TƏBİB-in verdiyi məlumata görə, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb.

Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

***

17.49

Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.

Eyyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

***

17.45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

BAKU.WS