SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadın meyiti aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS